Heyhat! Necə dözsün buna insan:Vur, vur ki, yıxılsın təməlindənAysız və günəşsiz qara zindan!

Hər kərpici qan, hər daşı fəryad,Gülməz üzü bir kimsənin əsla...Dözməz buna, dözməz buna vicdan.

Vicdansıza vicdan sözü yaddır,Şair deyəcək, susmayacaq heç,Cəllad nə qədər içsə də al qan.

Vur, vur ki, yıxılsın təməlindən,Aysız və günəşsiz qara zindan!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri