Qar yağır noğul-noğul
Budur səhərdən bəri,Qar yağıb örtür yeri.Şaxta pəncərələrdə çəkir incə naxışlar,Qışın bu lövhəsindən ayrılmayır baxışlar.Qar mənim nəzərimdə gələcək gül, çiçəkdir,Süfrələrin bəzəyi meyvədir, bol çörəkdir.Yerlər, göylər tərtəmiz,Çöllər olub ağ dəniz.İnsanlar öz işindən qalmır belə gündə də,Torpağın altında da, torpağın üstündə də.Qar yağır noğul-noğul,Bayırdadır qız, oğlu.Budur top-top oynayır şəhərin uşaqları,Əhməri alma kimi qızarır yanaqları.Gözəl ana vətənin mahnısı dillərində,Əriyir qar topları göynəyən əllərində.Mən bir seyrçi kimi dayanmışam kənarda,Uşaqlıq illərimi düşünürəm bu qarda.
İndi qoy deyim sizə oğlum, qızım hardadır,Şəhərin bağlarında dizə qədər qardadır.Qış dolaşır şəhərdə, səs-səmirsiz yağır qar,Anamın saçlarıtək ağarmışdır ağaclar.Günlər keçər, ilk bahar gəlib əridər qarı,İnsanlar mahnılarla salamlayar baharı.Bütün bağlar, bağçalar açar çiçək, açar gül,Anamın başındakı qarsa əriyən deyil.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-qar-yagir-nogul-nogul
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Əzəl səni sevdim, sonra ayrıldımOldu mənə müşkül hallar əzizim
Ürəklər oxusunBəxtiyar Kərimov bəstələmişdir*Bahar yelləri əssin hər səhər,
FəsillərKim deyir dəyişəndə fəsillər bir-biriniOnların köhnə ildə rəddi, izi qalmayır?!
Nə etibarEy dil, cəmii vəz'i-cahana nə etibarDövri-mədari-çərxi-zəmanə nə etibar