Həsrətəm
İllərdir ki, görüşünə həsrətəm,Ayrılıqdan bağrı dağlı qardaşım!“İnqilabdan” dəm vurulan ölkədəƏvvəlki tək dili bağlı qardaşım.
Torpağında solğun güllər görürəm,Başın üstdə qara yellər görürəm,Qanun yazan qanlı əllər görürəm,Ey baharı xəzan çağlı qardaşım!
Aç gözünü dörd yanına yaxşı bax,Qanlı vuruş meydanına yaxşı bax.Xalqın nahaq qurbanına yaxşı bax,Fəryadında tamam haqlı qardaşım.
Ev tapılmaz yasxanaya dönməsin...Dar günündə ürək odun sönməsin.Şan-şöhrətin zirvələrdən enməsin.Savalanlı-qaradağlı qardaşım!
Öz səsini yad səsinə qatma gəl,Nadanların laylasıyla yatma gəl,Addımını min il geri atma gəl.Ey milləti qol-budaqlı qardaşım.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-hesretem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Könül necə sevinməsin, bahar gəlib, bahar gəlib,Gəzib diyar-diyar gəlib.
MənsizBir gün bu dünyadan köçəcəyəm mən,Ulduzlar, ay, günəş doğacaq mənsiz.
Dost kimi, qardaş kimiMeşədə quşlar artıq oxumur kef-damaqlı,Günəş üstdə bulud var göz üstündə qaş kimi.
Yerini verə bilməzMən əlləri qabarlı bağbanam vətənimdə,Bağçamın güllərini yad əllər dərə bilməz.