Məhəmmədlu Abbasiyə
Qırx il bundan əvvəl səninlə bir günGörüşdük Təbrizdə bir qardaş kimi.Açdıq qəlbimizi bir kitab kimiSən mənə, mən sənə bir sirdaş kimi.
Artıq qırx ildir ki, görüşmürük biz,Tikanlı məftillər kəsib aranı.Bakı səni görmür, məni də Təbriz,Kəsib qara əllər, kəsib aranı.
Bir əsər vermişdin öz tərcüməndə,Marksın tarixi “Manifest”ini.Səndən xatirətək məndədir, məndə,Orda hiss edirəm məhəbbətini.
Dinlə gör nə deyir sənə bu ürək,Mən nə duz, nə çörək həsrətindəyəm.Səsini eşitmək, üzünü görmək,Səninlə görüşmək həsrətindəyəm.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-mehemmedlu-abbasiye
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Böyük sənətə bağlı şair Süleymanam mən,Ürək sözündə haqlı şair Süleymanam mən.
İnanıramİnanıram tarix bir gün öz hökmünü verəcək;Ellər birgə gülüstandan qızılgüllər dərəcək
Bir də səni görməsəm!Təbriz həsrəti*Bilirsənmi neylərəm bir də səni görməsəm!
Qara xəbərlərBağrı qanam, bağrı qan ömrümün bu çağındaQara xəbərlər gəlir od dərdli sahilimdən.