Böyük sənətə bağlı şair Süleymanam mən,Ürək sözündə haqlı şair Süleymanam mən.

Vəfasızlıq etməsə, a dostlar, ömrüm əgər,Biliniz qəlbimdədir istədiyiniz qədər –Əziz körpələrimtək bəslədiyim nəğmələr,Qışda bahar soraqlı şair Süleymanam mən.

Çəkilməyən yükləri çəkmişəm gəncliyimdəHər kəlməmi sindanda döymüşəm gəncliyimdə.Qələmimi poladdan tökmüşəm gəncliyimdə.Sinəsi söz bulaqlı şair Süleymanam mən.

Əlimdən ellər tutub pənahsız olmamışam,Fəhlətək iş başında dəzgahsız olmamışam,Döyüş meydanlarında silahsız olmamışam,Milləti qol-budaqlı şair Süleymanam mən!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən