Neyləyim, dostlar, yenə qan qardaşım tufandadır,Yelkənim – hər dalğası, dağdan böyük ümmandadır.El bilir, yox mahnıma, yox şerimə sərhəd mənim,Sözlərim dillərdədir, Təbrizdədir, Zəncandadır.Bircə an olsun da ayrılmır o taydan gözlərim,Təbrizin hər guşəsi başdan-başa al qandadır.Yurdumun hər zərrəsi doğma, əzizdir könlümə,Vəslə yollar axtaran könlüm hələ hicrandadır.Özgə bir torpaqda yoxdur, yox gözüm – aləm bilir,Varlığım, eşqim, mənim ruhum Azərbaycandadır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran