Şan-şöhrətli bir ölkəsən, Azərbaycanım,Əzəmətli bir ölkəsən, Azərbaycanım!

Torpağına alnımızın təri tökülüb.Əzmimizlə ətalətin beli bükülüb,Ürəklərdən-ürəklərə yollar çəkilib,Mənim qolum, qanadımsan, Azərbaycanım!Ömrüm, günüm, həyatımsan, Azərbaycanım!

Əziz Vətən məhəbbəti qəlbimizdədir,Torpağının hərarəti qəlbimizdədir,Ağ günlərin həqiqəti qəlbimizdədir,Şerə sığmaz kaşanəsən, Azərbaycanım!Gözəllikdə yeganəsən, Azərbaycanım!

Torpağını seyr etməkdən doymur gözlərim,Bayrağını seyr etməkdən doymur gözlərim,Növrağını seyr etməkdən doymur gözlərim,Xəzan bilməz gülşənimsən, Azərbaycanım!..

Üzərinə odlu gələn, odsuz qayıdıb,Bəd niyyətlə atlı gələn, atsız qayıdıb,Tarix bilir adlı gələn, adsız qayıdıb,Mərd insanlar məskənimsən, Azərbaycanım!Qəhrəmanlar məskənisən, Azərbaycanım!

Keşiyində ayıq duran oğlunam sənin,Varlığına layiq duran oğlunam sənin.Sayıqdan da sayıq duran oğlunam sənin.Öz qanımsan, öz canımsan, Azərbaycanım,Qeyrətimsən, vicdanımsan, Azərbaycanım!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən