Məndən soruşursunuz: – De görək bu yaşındaSəbəb nədir yorulmur qələmin iş başında?!Vətənə, xalqa bağlı şair də yorularmı,Şeri qızıl bayraqlı şair də yorularmı?Yolu həqiqət yolu, bir sadə şairəm mən,Qəlbi məhəbbət dolu, bir sadə şairəm mən.

Mənə elə gəlir ki, yaxşı bilir el, vətən,Yerində kədərlənən, yerində candan gülən,Yerində od püskürən, yerində çox mehriban,Dünən, bü gün, sabah da şeri özündən cavan,Alnı açıq, üzü ağ, bir sadə şairəm mən,Gecəsi, gündüzü ağ bir sadə şairəm mən.

Kolxozçuyla kolxozçu, fəhləylə fəhləyəm mən,Ta uşaqlıq çağımdan, həmişə beləyəm mən.Çox millətin oğluyla duz-çörək kəsdiyini,Dostluq şənliklərində qol-qola gəzdiyiniÖmrünə xoş gün yazan bir sadə şairəm mən,Uzaq eldən nigaran bir sadə şairəm mən.

Uca dağ yollarında,Qoca dağ yollarında,Sönmüş siqaretini o göylərdən yandıran,Buludlardan şığıyan, şimşəklərdən yandıran,Oyaqların oyağı, bir sadə şairəm mən,Şiş dağların dayağı bir sadə şairəm mən.

Acımışam hər zaman düz yoldan azanlara,Heçlikdən yazanlara, boşluqdan yazanlara.Mənim bu şair qəlbim, bu düz yolda düz vurub,Sözləri dəmirçitək gur ocaqda qızdırıb,Sindan üstə çəkiclə,Bu qüvvətlə, bu gücləMahnılara çevirən bir sadə şairəm mən,Sabahı aydın görən bir sadə şairəm mən!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən