Məndən soruş
Gənc oxucum, yurdumuzun cəlalını məndən soruş,Cənubunu məndən soruş, şimalını məndən soruş.Gülqoxulu dodaqları nəğmələrdən ayrılmayan,Alnıaçıq gözəllərin camalını məndən soruş.Gələcəyə addımlayan bizim xoşbəxt nəsillərin,Amalını məndən soruş, kamalını məndən soruş.İlk, əbədi məhəbbətə and içənlər arasında,Vəfasızı məndən soruş, vəfalını məndən soruş.Keflilərin məclisində hər kəsilən duz-çörəyin,Haramını məndən soruş, halalını məndən soruş.
Arazın o tayındakı bacıların, qardaşların,Qan-qadalı günlərini, məlalını məndən soruş.O sahilli, bu sahilli bir analı bir millətin,Hicranını məndən soruş, vüsalını məndən soruş.Süleymanam, millətimin bu gününü, sabahını,Bu qardaşlıq dünyamızda iqbalını məndən soruş!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-menden-sorus
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Göz açdın həyata – açıldı baxtım,Dünyaya babalar gözüylə baxdım.
Qarabağ mahnısıSən mənim doğru görən göz bəbəyimsən, Qarabağ,Öz canımsan, ciyərimsən, ürəyimsən, Qarabağ.
Nəvəmlə söhbətQız nəvəmdən heç olmaz,Azadəmdən heç olmaz.
Qaçasan gərəkHər halal çörəkli el süfrəsindəQəlbini kitabtək açasan gərək.
Başqa şairlərin şeirləri · Eşq
Nazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
بس لابه که بنمودم و دلدار نپذرفتصد بار فغان کردم و یک بار نپذرفت
Eylədi vəsf könül arizi-cananı qələtEylədi vəsf könül arizi-cananı qələt,Oxudu tifl bu məktəbdə “Gülüstan”ı qələt.
Eşqə könül verməyən cananı qıymaz banaEşqə könül verməyən cananı qıymaz bana,Bəlləgini tərk edüp, qal ilə gəlməz bana.