Gərəkdir
Aşıq olub, tərki-vətən olanın,Əvvəl, başda pür kamalı gərəkdi.Oturub-durmaqda ədəbin bilə,Mə'rifət elmində dolu gərəkdi.
Xalqa həqiqətdən mətləb qandıra,Şeytanı öldürə, nəfsin yandıra,El içində pak otura, pak dura,Dalısınca xoş sədalı gərəkdi.
Danışdığı sözün qiymətin bilə,Kəlməsindən ləlü gövhər süzülə,Məcazi danışa, məcazi gülə,Tamam sözü müəmmalı gərəkdi.
Arif ola, eyham ilə söz qana,Naməhrəmdən şərm eyləyə, utana,Saat kimi meyli haqqa dolana,Doğru qəlbi, doğru yolu gərəkdi.
Ələsgər haqq sözün isbatın verə,Əməlin mələklər yaza dəftərə.Hər yanı istəsə, baxanda görə,Təriqətdə bu sevdalı gərəkdi.
Kitabxana.az · https://kitabxana.az/works/elesger-gerekdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gözəllər sultanı, ay Səlbi xanım,Sallanışın bir mahala əvəzdi.
GedibdiEşidin, məclisdə arif olanlar,Sərrafam, gövhərim, kanım gedibdi.
Getmə göz önündən, ay Şəkər xanımGetmə göz önündən, ay Şəkər xanım,Könül mayıl olub o qələm qaşa.
Getmə, amandıGözəllər sultanı, mələklər şahı,Alagöz cananım, getmə, amandı!
Başqa şairlərin şeirləri · İlahi eşq
Gözün aç, Möcüza, qıl bir nəzər əltaf yəzdanə,Tamam etmiş xuda nemətlərin biz əhli-İrəna.
Müstəzad: Ey dil, gecələr sübhə dəkin yar eşiyindəEy dil, gecələr sübhə dəkin yar eşiyində — Əfqanə yetişdik,Rəhmi yox olan kafiri-bimar eşiyində — Sən cana yetişdik,
QəribAğlamaqdan gülməz imiş şad olub bir dəm qəribFikri-zikri olubanu dərd ilə ney dəm qərib
Böyük revolyusiyaÜç yüz il acımadan, titrəmədən, duymadan,Hey diddi köksümüzü çarlığın zülüm quşu.