Gedirdim güzarım düşdü bulağa,Ovçu bərəsində maralı gördüm.Yatır, inildəyir, durub boylanır,Bir neçə yerindən yaralı gördüm.

Zalım ovçu onu alıb nişana,Dəlib ürəyini, boyayıb qana,Yıxılıb çevrilir o yan bu yana,Kəsilibdi səbri, qəralı gördüm.

Təbib olsam, yaraların bağlaram,Sinən üstün düyünlərəm, dağlaram,Ələsgərəm o səbəbdən ağlaram,Ananı baladan aralı gördüm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri