Gözəllər sultanı, ay Səlbi xanım,Sallanışın bir mahala əvəzdi.Gözlərinə qiymət qoya bilmirəm,Qaşın min tümənlik mala əvəzdi.

Sürahi gərdənli, qəddi mötədil,Səni gül yaradıb Cabbari-Cəlil.Ləblərin şirəsi Abi-Səlsəbil,Ləzzəti dünyada bala əvəzdi.

Ələsgərin ağlın aldın sərindən,Saf gövhərsən, sərraf seçib dərindən.Sən bir gülsən gülüstanın tərindən,Demək olmaz sana lala əvəzdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar