Eylər
"Can" deməklə candan can əskik olmaz,Məhəbbət artırar, mehriban eylər."Çor" deyənin nəfi nədi dünyada,Abad könlü yıxar, pərişan eylər.
Nakəs adam danışıqda saz olar,Kərəmdən kəm, səxavətdən az olar.Nütfədən qarışan şeyitbaz olar,Mərd də sığışdırmaz, nahaq qan eylər.
Bir gün Mansır qalxar, gələr toxmaq-yay,Dağları atmağa eylər haqq-say.Seçilməz məhşərdə nə şah, nə gəday,Xaliqi-ləmyəzəl haqq divan eylər.
Məzəmmət eyləmə mən binəvanı,Sahibi-səltənət, ey gövhər kanı.Mənim sözüm yoldan çıxan mollanı,İnşallah, qaytarar, müsəlman eylər.
Mən istərəm, alim, mömin yüz ola,Meyli haqqa doğru, yolu düz ola,Diliylə zəbanı üzbəüz ola,Ələsgər yolunda can qurban eylər.
Kitabxana.az · https://kitabxana.az/works/elesger-eyler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · İlahi eşq
Başına döndüyüm alagöz Pəri,Tanrı səni məndən ayrı salmasın.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Milli marşVurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,
Gecə ta sübhədək fəryad edər könlüm cərəslər təkGecə ta sübhədək fəryad edər könlüm cərəslər tək,Nola fəryadə yetsən sən də bir fəryadrəslər tək.