Nəsimi bazarında
Çeçen aullarında
Xalq torpaq vayındadır,Sinəsində avtomat.Nəsimi bazarındaXalq qarın hayındadırƏlində ölü manat.
Bomba yağmurlarındanÇeçen xərabələriXalqın şöhrət tacıdır.Bir daşı laxlamayan.Gəlməylə dolub daşan,Qaçqınla dolub daşan,Köçkünlə dolub daşan.Veyillə dolub daşan,Möhtəkirlə, qatillə,Düşgünlə dolub-daşanBu adlı-sanlı Bakı,Tarixi şanlı BakıSədəqə möhtacıdır.
Nəsimi bazarındaVur çattasındı, vallah!
Babək də, koroğlu daNağıl as-ındı, vallah!Azərbaycan torpağıDoludur generalla.Bir general ay çeçen,Sənin bəsindi vallah...
Bir ovuc millətə bax,Millətdə qeyrətə bax,Sən bir qaşıq qana bax,Bir qaşıq ümmana bax.Yeddi başlı əjdahaBaşında tufana bax!
Nəsimi bazarındaBöyük Mirzə ƏləkbərDeyir ki:Tərsinə yox,Düzünə dövran edirElə çərxi fələklər.Nəsimi bazarınaÇevrilib başdan-başa
Azərbaycan torpağı.Hər eli, hər oymağı.Əbəs yerə çəkmirəmNəsiminin adınıƏbəs yerə salmıramİnamın, kişiliyinFərhadlar Fərhadını!Nəsimi dönməzliyiAxtarıram, camaat!Nəsimi sönməzliyiXalqa lazım bu saat.Hədər misal çəkmirəmNəsimi bazarınıNəsimi bazarındaGörüb qan ağlayıramMillətin rüzgarını.Çeçen küçələrindəKörpə kamikadzelərDağ boyda tank üstünəFəda olmağa gəlir...Nəsimi bazarındaBizim də ki, uşaqlar
Cındır əski əlindəMaşınlara şığıyır,Şüşə silməyə gəlir.
Nəsimi bazarınaNiyə ÇeçenistannanƏsmir odlu küləklər?Atəşkəslə nə sayaq,Sakit olsun ürəklər,
Bu qədər şəhid qanı,Bu qədər şəhid canıHədərmi getdi, hədər?Yad əllərdə mahallarYad əllərdə namuslar...Küləkdən şappıldayanÇadırların sırasıAna-bacı saçındaBəlalar sırsırasıŞəhid deyil, nədir bəs?Nəsimi bazarınaƏs, ey odlu külək, əs!
Əs, çeçen diyarından!Bəlkə tərpəniş görəXalq öz oğullarından...
Ay nə bilim, nə bilimSındırdılar milləti,Dondurdular milləti,Yandırdılar milləti,Keçməz bu bəhanələr!Lap Cövhər dudayeviDoğrasalar da əgərNədir çeçenin həddi,Nə həddi sına qəddi?!Nəsimi bazarındaDəyirman daşı kimiVallah hərlənir başım.Yanıram-yaxılıramVallah, atam-qardaşım?Nə qədər satmaq olar.Nəsimi bazarında
Humanitar damğalı
Sədəqə - yardımları?Nə qədər batmaq olarYuxarıdan aşağı,Aşağıdan yuxarı?!
Bəlkə çeçen qanınnanQan vuraq qanımıza?Ya çeçen vicdanındanVicdan calaq eyləyəkSabirlərə dağ çəkənBu gor vicdanımıza?!Qınama vətən məni,Nahaqqamsa qəbrə qoy,Diri-diri sən məni.
Qınama millət, məni,Neyləyim, dilləndirirAşkar həqiqət məni.Ağlar həqiqət məni.Xalqın bu rüzgarındaNəsimi bazarında,Nəsimi bazarında...
4 fevral, 1995
Kitabxana.az · https://kitabxana.az/works/qabil-nesimi-bazarinda
← → düymələri ilə keçid, R — təsadüfi şeir