Söylə, nə deməkdirBağlı qapılar?Bağlı qapılarınDalında nə var?

Bir açar yeri də.

Yoxdur ki, baxım.Haradan boylanım,Haraya çıxım?!

Qəribə söhbətdir,Qəribə işdir.Bu da dəbə düşmüşTəzə gedişdir.

Kim hansı ölkəyəGətirdi təşrif -Dərhal bağlı qapıEdilir təklif.

Çox saya alınmırSəviyyə filan:Hə... təki söz getsinBağlı qapıdan.

Tikanlı məftillərGözə girəndə,Sərhədçi sərhəddə

Sinə gərəndə.

Berlini ikiyəBöləndə hasar,Nəhəng bir ölkəninQapılarındanEyzən sallanandaBatman qıfıllar.

Təbii fəlakətGizlədiləndə,Dövləti cinayətGizlədiləndə.

Bir gəmi dəryadaBatanda - pünhan,Katib xəstələnibYatanda - pünhan...

Dəmir pərdələrinKor kəsafətiÖrt-basdır edəndə

Çox həqiqəti.

Qulaq pıçıltıyaAdət edəndə,Xalq qadağalaraNifrət edəndə...

Nəydi bağlı qapı?Bilən deyildik.Qapı güdmək üçünÖlən deyildik.

Sadəcə - hər sirrinÖz dağarcığı,Bəli, senzor da kiSöz dağarcığı.

Sual verirdin ki,Cavab alasan?Gedib orda-burdaZurna çalasan?

İndi hər şey açıq,

Hər şey aşikar.Aşikar içindəBağlı qapılar?!

Vallah çox əmmalıgörünür mənə.Yaman müəmmalıGörünür mənə.

Bağlı qapılarınDalında nədən -Nədən söhbət gedirBaş tapmıram mən.

Əgər xeyirdisəXeyrini görək,Təki belə olsun -Öz-özümüzəQoy lap aldadıcıTəsəlli verək.

Bəlkə xəyanətin

Hörülür toru?Bağlı qapılarınArxasında bəs?

Bəşərin küt deyilZehni-şüuru.Yaxşı əməlləriGizlətməz heç kəs.

Qaynar nöqtələrdəQan tökülür, qan.Səs-səmir gəlməyirQapı dalından

Bağlı qapılarıAçaq taybatay.Təklənmiş millətlərQoparsın haray!

Bağlı qapılarıVurun - sındırın!Xəyanət imzalı,Namərd möhürlü

Yazını-pozunuYığın, yandırın!

Bir milyon qaçqınınZillət içində.İntizar içində,Möhnət içində.

Qurulan şey yoxduQapı dalında,Qırılan şey çoxduQapı dalında.

Nə inam qalıbdır,Nə də e’tibar.Biryolluq bağlansınBağlı qapılar!Düşmən tapdağındaTorpağın əsir.Bağlı qapılarınDalındakılarBeh verir, beh alır,

Məzəndə kəsir.

Suallar cavabsızQapılar bağlıCanilər cəzasız,Yarlı-yaraqlı.

Bağlı qapılarınDalında, vallah,Cırmaq yerinə dəMəlhəm qoyulmur.

Bağlı qapılarınDalında, vallah,Haqqın-ədalətinSözü deyilmir.

Haqlı şikayətinSözü deyilmir.Heç bir cinayətinSözü deyilmir.

Qanlı kazinodurBağlı qapılar.Bağlı qapılarınDalında qumar.

Bağlı qapılarınArxası dəhşət.Elə orda köpdüO boyda dövlət.

Nüvəyə güvənənMöhtəşəm diyar.Qapı dalındacaOldu tarimar.

Pozuldu bəzəyi,Söndü növrağı.Xəyala gəlmədənEndi bayrağı...

Bağlı qapılarınArxası duman,Dumanlar içində

Görünmür güman.01.02.1999.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri