Torpağın adi torpaqdırMirvarisi - gövhəri yoxBayrağın adi bayraqdırSaçaqlarında zəri yox.

Oğulların adi övladNə koroğlu, nə babəkdirQızların çalmır qol-qanadNə huridir, nə mələkdir.

Çaylarından süd axmayırHeç bir çaydan axmayan tək.Şimşəklərin lap çaxmayır

Heç bir şimşək çaxmayan tək.

Sən ana - sən adi ana.Müqəddəsdir adiliyin.Sığmaz ölçüyə-mizanaAdiliyin-aliliyin.

Analar durar yanaşıOlmaz yaxşısı-yamanı.Anaya fərq qoyar naşıYox-yox belə naşı hanı?!

Vətən ana, ana vətənAnanın yoxdur qiyməti.Qaç ət tökən mədhiyyədənSübut etmə məhəbbəti!

Vətən sözü saqqız deyilGəzmə çeynəyə-çeynəyəVətən düzü yarpız deyilGəzmə iynəyə-iynəyəQol gücünə sözüm yoxdur.

Ruhun vüs’əti başqadır.Pəhləvan, güləşçi çoxdur,Oğul qeyrəti başqadır.

Yaxa yırtma, sinə döymə,Ürəyini qopar, göstər!Düşməni qarğıyıb söymə,Söyüşlə and içmir əsgər.

Ol, ya olma vətən daşı,Daş hər yerdə elə daşdır.Ol, vətənin vətəndaşı,Vətənçin vətəndaş başdı.

Quşun da yuvası isti,Saman çöpündən cəh-cəlal...Zurna-qaval çalma, bəsdi!Ana yurdun qeydinə qal!

Balaların ürəkləriQurban ana torpağına.Qanlı şəhid köynəkləri

Dönsün vətən bayrağına.

1 aprel 2000

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən