Getdi (Köçdü Xançobanım fani dünyadan)
Köçdü Xançobanım fani dünyadan,Nərgizlər dağlarda bitməmiş getdi.Qaranquş eyvanda yuva qurmamış,Quşlar bala üstə yatmamış getdi.
Ağçınqıl bəzəndi, cunalı qaldı,Kəkliyin əlləri xınalı qaldı.Gölləri ördəkli, sonalı qaldı,Heyif, yar muraza yetməmiş getdi.
Gözəllər yığnağı, çeşmələr başı,Qızların dəstəsi bir üzük qaşı...Bəsti fəğan eylər, ağladar daşı,Ağ əllərin xına tutmamış getdi.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-besti-getdi-kocdu-xancobanim-fani-dunyadan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Ey gözəlim, səni sevəndən bəri,Əcəb işdir, fəldən-fələ düşmüşəm,
Lövheyi-baharKitabi-təbiətdən bir vərəq*Xürrəm olur bahar görəndə xüramini,
Vücudun şərhinə girdim əcəb sirri-Xüda gördümVücudun şərhinə girdim əcəb sirri-Xüda gördüm,Yasanmış iki bənd üstə bu şərhi canfəza gördüm.
GəlinSarbanlarda bir gözələ tuş oldum,Bənzer bir alıcı şahbazə, gəlin.