Bir gözələ baxmaram, gözdən oruc tutmuşam,Şimşək olub çaxmaram, sözdən oruc tutmuşam.

Ömr deyil, qövrdür, dövr deyil çövrdür,Dövr yalan dövrüdür, düzdən oruc tutmuşam.

Bayrağımız yüksəlib, ərşü səmanı dəlib,Ta bu hökumət gəlib, həzzdən oruc tutmuşam.

Növbəyə dursun bəşər, tövbəyə gəlsin bəşərHamı desin sərbəsər, tezdən oruc tutmuşam.

Bilməmişəm dizlərim səcdələr üçün imiş,Nazirimə çökdüyüm, dizdən oruc tutmuşam.

Xalq üzünə baxmağa, üzdə üzüm qalmayıb,Ustulu tərk etmişəm, mizdən oruc tutmuşam.

Könlünü satdın baha, Pünhanı saldın aha,Mən sizə gəlməm daha, sizdən oruc tutmuşam.

8 1anvar 1997. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Əcəb elərəm

Quzu balamın, quzu qanını tələb elərəm, əcəb elərəm,Dedi ki, verib özü canını əcəb elərəm, əcəb elərəm.

19981 dəq
Vətənimdir

(Bəhri-təhvil)Qadanı alım, başına dönüm, cahan qədər yaşına dönüm, torpağına daşına dönüm, göydə uçan quşuna dönüm, baharına qışına dönüm, ey Ana yurdum, o zamandan ki, sənin mən qucağında yuva qurdum, dedim, ey yurd, mənimsən, vətənimsən, diri olduqca libasım, əgər ölsəm kəfənimsən və mənimsən ki, səni mən də gərəkdir bu əlimlə, bu dilimlə, ya ölümlə, ya zülümlə eləyim hifz, olum qövs sənin çevrənə mən də, xəbərin yoxdu qədimdə o zaman ləşkəri-Qacar, çəkib car, qurub dar, fəqət ki, Şuşanın zəbtinə həsrət qalaraq dönmüş İranə, gələ bilməzdi gümanə, gələcək öylə zəmanə yığışıb bir neçə dılğır dıta, guya acığa zəbt edəcəkdir Şuşanı, Kəlbəcəri, Cəbrayılı, Zəngilanı həm də Qubadlı, Laçın, Ağdam və Füzuli kimi çox-çox şəhəri.

4 dəq
Sənə qurban kəsərəm

(Bəhri-təvil)Külək ollam, əsərəm mən, nəfəsinçün gəzərəm mən, sənə qurban kəsərəm mən, gecə-gündüz yeri səngər, Vətənin qeyrətini qoruyan əsgər, yağı tülkü - sən hünərvər, yağı güclü - sən oğul ər, hünərin düşmənə göstər, elə göstər ki, ulu Babəkimin ruhu şad olsun, Nəbimin qəbri, axıb nur ilə dolsun, bənizi sapsarı solsun səni gördükdə o düşmən, sənə qurban kəsərəm mən, gecə-gündüz yeri səngər, Vətəninin qeyrətini qoruyan əsgər.

2 dəq
Yetmiş il keçdi

(Bəhri-təvil)Yetmiş il keçdi nə keçdi, o da bir işdi bizim əlimizə düşdü və nəhayət dolanıb təxti-Mixailə yetişdi, bu qaban oğlu qaban da yenidənqurma deyib xalqa girişdi və girişdi nə girişdi, zamanın çərxi dəyişdi.

3 dəq

Başqa şairlərin şeirləri · Vətən