Kilkə
Bir sümük, bir dəri olsan da qədimdən, kilkə,Bu çətin gündə mənim tutdun əlimdən, kilkə.
Evdə səndən savayı heç nə tapılmaz, əsla,Olmasaydın, utanardım tifilimdən, kilkə.
Gəl qızardım səni, ey balıği-nazikbədənim,İncəsən valla, mənim incə gülümdən, kilkə.
Sən, həm insana xeyirsən, həm də heyvanə,Çünki itlər də yeyirlər zibilimdən, kilkə.
Bu çətin gündə sənin, qiymətinə qurban olum,Bahalaşma, mən ölüm, vurma belimdən, kilkə,
Yüksələrdi .öyə, bil, ahu-fəqanım ətsiz,Məni qurtarmısan axır ki, zülümdən, kilkə.
Balamın həm yeməyi, həm də ki, iqruşkasısan,Keçirib sapdan asır düz kəkilimdən, kilkə.
Demişəm körpələrə evdə «asatrinsən» sən,Tutmuşam guya səni Kaspi gölümdən, kilkə.
Səni tərifləmişəm burnu uzun naqqallara,Suya girsəm tutacaq naqqa, dilimdən kilkə.
Baxma ki, böylə cılızsan, sənin o kəskin iyin,Getməyir heç paraşoknan mitilimdən kilkə.
Pünhanam, ölsəm əgər məclisimə, kilkə verin,Olsa da şairə bu, ağır ölümdən, kilkə.
5 may 1996. Bakı
Kitabxana.az · https://kitabxana.az/works/punhan-kilke
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ölkəmin çox məmuru rüşvətdə zormuş, sən demə,Bir yerə yığsan böyük rüşvətli xormuş sən demə.
Xəlçə-palaz üstə gəlirYetişir dövrü-zühur, haqq taraz üstə gəlir,Azı çoxdan tələsir, çoxları naz üstə gəlir.
Formanı neynəyirsən?Dərdi verən dərmanı neynəyirsən?Mərdi qovan fərmanı neynəyirsən?
Yazan yazana söykənibFəqir bağında yel əsib, xəzan xəzana söykənib,Vəkil bağında aş bişib, qazan qazana söykənib.