Mini-mini
Torpağımın həm uzunu, eni mini,Kim-kimi mindi, o çapır mini-mini.
Molla da Quranı edir ixtisar,Fatihəni həm də ki, «Ya Sin»i mini.
Şərt odur ki, birinə biri minə,Dərd odur ki, birinə mini mini.
Atəşi kəsmiş dığalar tankdadır,Bizdəki bəylər, ağalar cini mini.
Ağzımızın şorpası şorr eyləyir,Əndamıyanmış ki, keçir tini mini.
«Cippi» yekə «bibbi» yekə, «şin» yekə,Bircə «Zapı»m yoxdu ola şini mini.
Yaydı xristianlığı bu şəhrdə,Eylədi qəbul hələlik dini mini.
Pünhanın həşdad dedilər yaşına,Saqqalı ağdır, ama ki, sini mini.
22 oktyabr 1977, Bakı
Kitabxana.az · https://kitabxana.az/works/punhan-mini-mini
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kasıb da borc içində, kalan da borc içində,Ölən də borc içində, qalan da borc içində.
Qudurğan olsa neynərsən?Acından millətin bir gün yarımcan olsa, neynərsən?O can üstə, sənin ömrün firavan olsa neynərsən?
«Süleümani»Bu cahanın işi bitdi – dirilitdi, dirilitdi,Ölü lütdü, diri lütdü – dirilitdi, dirilitdi.
Ölkə papaqnan doludurBu Vətən mülkünü çıx seyrinə, maraqnan doludur,Qırağın «yan»lar alıb, orta qıraqnan doludur.
Başqa şairlərin şeirləri · Vətən
Olub əfradi-millətdən bu gün təşkil bir məclis,Nə dadlı meyvəpərvərdir görün bustani-hürriyyət,
Qəm yemə, səbr et, bu da yahu keçərZülməti-şər bulsa da bir dəm zəfer,Pərtövə hökm etsə də zülmət əgər,
QaldıSitəmlə ayrıldım ana vətəndən,Yarımın bağbansız bağları qaldı.
UçitellərTövqif edilmişdi mağıl Gəncə siyezdi,Olmuşduq əcəb biz dəxi rahət, uçitellər!