Ölkə papaqnan doludur
Bu Vətən mülkünü çıx seyrinə, maraqnan doludur,Qırağın «yan»lar alıb, orta qıraqnan doludur.
Kişilərnən dolu olsaydı, əgər ölkə nə qəm,Kişilər qeybə çıxıb, ölkə papaqnan doludur.
Elə ki, xatirə düşdü səni dustaq eləmək,Maşının bir də görərsən ki, yaraqnan doludur.
İki-üç dəfə gedib Məkkəyə, super hacıdır,Yekə «İnter şop»u var, polka araqnan doludur.
«Qarabağ» restoranı, parkı, kafesi, küçəsi,Nə gözəl ki, Bakı hər cür Qarabaqnan doludur.
Ginekoloqlara pul çatmadığındandı yəqin,Bu doğum evlərimiz xəstə uşaqnan doludur.
Boyağın gördüm üzündə divarım düşdü yada,Dedim əxlaqı da yəqin ki, boyaqnan doludur.
Bir buruq ustasının yatmağa yoxsa yatağı,Nə yazırlar ki, bütün ölkə yataqnan doludur?
Bakının «bardaq»ına çox hacıleylək yığışıb,Hacıleyləklər üçün bardağı yağnan doludur.
Kiçilən Azərbaycana böyük don tikilir,Üzü güllü, içi də milli yamaqnan doludur.
Vətən əldən gedəni Pünhana dağlar çəkilib,Dedilər, bəxtəvərin dövrəsi dağnan doludur.
26 avqust 1999, Bakı
Kitabxana.az · https://kitabxana.az/works/punhan-olke-papaqnan-doludur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hələlik, düzlük adıynan, düzülüb yan gedirik,Gedirik, əzm ilə biz, aclığa qurban gedirik.
Kişi yox?!Kişi var ki, kişidir, amma kişiynən işi yox,Kişi var, nakişidir, amma deyir ki, kişi yox.
Rentgen əməliyyatıMilləti rentgen eləyib dövrümüz,İç-çalatı, sən demə bərbad çıxıb.
Dollar məni dingildədirHəm vəkil, həm nazirəm, dollar məni dingildədir,Milli Məclisdən keçən yollar məni dingildədir.
Başqa şairlərin şeirləri · Vətən
Bir nəfər nəqqaş bir şəhərə getdi. Orada nəqqaşlıqdan əl çəkib,təbabət ağaz qıldı. Bir müddətdən sonra onun vətənindən bir şəxs o
Yurd yad əlindəSabirin, M.Cəlilin divanəsi,hüquqşünas Ə.Yaşara
کار من بالا نمیگیرد در این شیب بلادر مضیق حادثاتم بستهٔ بند عنا
AnaŞu bürüşmüş əllərində göydən enmiş bir qüvvət var,Nə zaman ki, xəstə könlüm ölgün düşüb inlər, ağlar!