Həm vəkil, həm nazirəm, dollar məni dingildədir,Milli Məclisdən keçən yollar məni dingildədir.

Qatmışam qatdırmışam, reklam edib satdırmışam,Litrəsi üç-dörd minə «şollar» məni dingildədir.

Çoxların billah, gedər-gəlməz yola göndərmişəm,Qandala çəkdirdiyim qollar məni dingildədir.

Xaş-xaşın əla növün parniklərə səpdirmişəm,«Tuz»ları məst eyləyən kollar məni dingildədir.

Mersedes-Bens ilə Mazda, Linkoln, Passat, Fiat,Əyri yolnan düz gedən rullar məni dingildədir

Daq satıb yallanmışam, bağlar alıb bağlanmışam,Bağlarımda tər tökən qullar məni dingildədir.

Marketin «Super»ləri, İnter «Şop»un ceyranları,Bir də ərsiz pullular, dullar məni dingildədir.

Mülkümün gözlər çıxardan bir-bəzəkli damları,Parketi par-par yanan pollar məni dingildədir.

Kim desə, Pünhan, inanma guya ki, bir üzlüyəm,Gündə yüz yol girdiyim rollar məni dingildədir.

3 aprel 1999. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri