Qudurğan olsa neynərsən?
Acından millətin bir gün yarımcan olsa, neynərsən?O can üstə, sənin ömrün firavan olsa neynərsən?
Didərginlər səfalətdən əgər ölsə çadırlarda,Vəkillər maliki-mülki-Süleyman olsa neynərsən?
Koroğlu qeyrətindən dəm vururkən Milli Məclisdə,Müsəlman qızları məktəbdə üryan olsa, neynərsən?
Vəkil artist, vəkil şair, vəkil xanəndə və sair,Dəyirmanın əgər dənsiz dəyirman olsa, neynərsən?
Əzilmişdən, üzülmüşdən, əyilmişdən, sökülmüşdənDöyülmüşdən axan qanlar nahaq qan olsa, neynərsən?
Seçilməkçün düşüb mənzilbəmənzil yalvaran kəslər,Seçildikdən bir az sonra qudurğan olsa, neynərsən?
Bu mavi ekranım çox əyrini düz göstərir, billah.Tutub usta düzəltdirsəm, düz ekran olsa, neynərsən?
De ki, Pünhan, zaman dönsə, tutulsa Ay, Günəş sönsə,Səmadan Zülfüqar ensə – o dövran olsa, neynərsən?
7 iyul 1998 Bakı
Kitabxana.az · https://kitabxana.az/works/punhan-qudurgan-olsa-neynersen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir azərbaycanlının evinə Uraldan qonaq gəlir. Onlar yeyib içə-içə televizora baxırlar. Bu zaman Ədalət Nəsibov sazda "Yanıq Kərəm"i çalmağa başlayır. Onun çaldığı alət rusa tanış kəlir. O soruşur:– Eto çto za instrument?
İş məhkəməlik olacaqSon zamanlar qəzetlər elə şeylər yazırlar ki, adamın heç inanmağı gəlmir. Biri deyir, iqtidarda elə adamlar var ki, müxalifətə "işləyir". O biri deyir, müxalifətdə elələri var ki, iqtidara "işləyir". Bu yaxınlarda isə qəttəzə bir şey oxumuşam. Yazır guya iqtidarda elə adamlar var ki, xalqa işləyir. Elə o gündən bütün məmurlar bir-birinə dəyib həmən adamları axtarırlar...
AğciyərlərVallah, bu millətin belə qorxaq olduğunu bilmirdim. Əşi, işıqçıdan qorxurlar, qazçıdan qorxurlar, zibil pulu yığandan qorxurlar... Deyirəm, Allah eləməsin, erməni gəlsə neynərlər?
Dialoq nədir– Deyirlər, iqtidarla müxalifət dialoqa gedəcək. Məni bir başa sal görüm, dialoq nə deməkdi?– Dialoq o deməkdi ki, o deyir-bu deyir, o deyir-bu deyir... və axırda "o" deyir.
Başqa şairlərin şeirləri · Vətən
Gör nə əcayib gülü var Təbrizin,Dil-dil ötən bülbülü var Təbrizin,
GərəkdirAşıq olub, tərki-vətən olanın,Əvvəl, başda pür kamalı gərəkdi.
Qafqaz müsəlmanlarına xitabƏssəlam, ey əhaliyi Qafqaz,Ey rəisani-sahibül-ezaz!
Gül kimi yüzüm əgərçi, şadü xəndandur mənümGül kimi yüzüm əgərçi, şadü xəndandur mənüm,Lalə tək bağrımda hər yan daği-pinhandur mənüm.