Qaldı
Sitəmlə ayrıldım ana vətəndən,Yarımın bağbansız bağları qaldı.Alagöz çiçəkli, tər şəmaməliBostan sinəsinin tağları qaldı.
Köç-köç oldu, karvan yola düzüldü,Yarın gözlərindən qan-yaş süzüldü,Aman, dostlar, əlim yardan üzüldü,Düşmənin sinəmdə dağları qaldı.
Artıb Qurbaninin dərdi, qübarı,Başının sevdası, dil ahü zarı.Baxmaqdan gözləri vətənə sarıƏridi qarası, ağları qaldı.
Kitabxana.az · https://kitabxana.az/works/qurbani-qaldi
← → düymələri ilə keçid, R — təsadüfi şeir