Gözəl şahim şeyx oğludu,Şah Xətayi, Şah Xətayi!Şahi-mərdana bağlıdı,Şah Xətayi, Şah Xətayi!

Bu dünyada bir haq divan,O dünyada cənnətməkan,Qoy var olsun türki zəban,Şah Xətayi, Şah Xətayi!

Qurbani tək qul pənahı,Qibleyi-aləmin mahı,Ol cahanın qibləgahı,Şah Xətayi, Şah Xətayi!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri