Ey nəşi qalan yerdə, keçən başı cidayə,Dur rəhm elə bu əlsiz-əyaqsız üsərayə.

Bir cismə bu qədri nə rəvadır dəyə peykan,Fəvvarə kimi qan bədənində axa hər yan,Ey təşnə ləbi-Kərbübəla bu təni üryan,Aya necə tab etdi bu qayətdə yarayə.

Bir-bir edərəm cismi-şəhidanə nəzarə,Görrəm sənicə dəyməyib heç bir kəsə yarə,Ondan bilirəm həmdəmi-cansan məni-zarə,Bais odu kəlləm başın üstündə nəvayə.

Kimdən soruşum harda düşüb şahi-şəhidan,Baş ilə tanırlar bədəni, başına qurban,Yetmiş iki tən hamısı başsız, hamı üryan,Dindir bacını getməyə ta canı xətayə.

Başdan ayağa yarələnib cismi-zəifın,Kim doğradı qardaş belə əndami-lətifin?Başın hanı, bəs, kim bu əzayi-şərifin,Ey başı düşən "qalu bəla"dən bu bəlayə.

Axır sənin istəkli bacındım məni-müstər,Kim lütfinə bais na rəva, nazlı bəradər,Dindir məni ey munisi-can, ey dili-xahər,And verrəm, Hüseyncan, səni cani-şühədayə.

Səs gəldi o dəm Zeynəbə şahi-şühədadən,Qurtarmayan ey Korbübəla içrə, bəladan,Çox etmə, baci, ahu fəğan cövri-cəfadan,Bundan sora səbir eylə qəmü cövri-cəfayə.

Hər mahi-mühərrəmdə gəl əfqanə Sürəyya,Ahınla şərər vur belə dövranə Sürəyya,Hüzzar ilə tut şahi-şəhidanə Sürəyya,Bir təziyə kim, qabil ola sahibəzayə.

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq