Şadam səri-kuyində nikahban ola bilsəm,Bir dəm hərəmi vəslinə mehman ola bilsəm.

Bir xəndeyi məs’ud ilə qılsın məni təqyid,Şövqüm, həvəsim, təb’im olur bir daha təzyid,Şe’rimlə müqabil duramaz xameyi tənqid,Vəsfi ləbi-lə’linlə qəzəlxan ola bilsəm.

Etdim nə qədər dərsi-qəmi-eşqini təhsil,Heç gül səni çeşmində fəqət qılmadı təmsil,Təb’im edəməzmiş vərəqi-hüsnünü təkmil,Eşqində yüz il tifli-dəbistan ola bilsəm.

Baxsam gülə səndən sora əş’arıma lə’nət,Hüsnün var ikən qönçeyi xəndanə nə hacət?Atəşdə yaxılsam girəməz fikrimə cənnət,Ağuşi-nəcibanədə bir an ola bilsəm.

Göftarını bir ləhzə fəramuş edə bilməm,Eldən mənə yüz tə’nələr olsun da çəkilməm,Ölməm, fələkin pənceyi-qəhrində əzilməm,Səncə sevilən bəxtəvər insan ola bilsəm.

Bir mehr ilə baxsın mənə ol dideyi-səhhar,Yüz il yaşar, ölməz, dirilər aşiqi-bimar,Min dəsti-əcəl eyləyəməz ruhimi naçar,Dəstində sənin layiqi-dərman ola bilsəm.

Min dəfə əzilsəm bu görülməz sitəmində,Məhv olsam əgər firqəti-əbruyi-qəmində,Şadam yenə xak olsa vücudim qədəmində,Bir çoxlarıtək payinə qurban ola bilsəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XII əsrin yarısında Azərbaycan

XII əsrin 2-ci yarısında xəlifə bayrağı altında hökumət süren hökmdarların ən qüvvətlisi Azərbaycan atabəyləri idi. Azərbaycan hökuməti üçün yeganə bir rəqib varsa, o da Xarəzmşahlar idi. Əlaəddin Təkiş Xarəzm hökumətinin başına keçdiyi zaman bu mübarizə daha da gücləndi. Sultan Təkiş hər nə olursa olsun, xəlifəyə təsir yetirmək üçün Bağdada yol açmalı idi. Lakin Azərbaycan atabəylərinin coğrafi mövqeyi Sultan Təkişin bu arzularına imkan vermirdi. Azərbaycan, Rey və İraqın, həmçinin coğrafi və strateji üstünlüyün atabəylər əlində olması onlara Bağdadı daima öz nüfuzları altında saxlamağa kömək edirdi.Azərbaycan atabəyləri istədikləri zaman Bağdadı işğal edər və öz dediklərini xəlifəyə dikdə edə bilərdilər.

9 dəq
Ölüm qərarı

Atabəy Bağdada çağırılmışdı. Qətibə bu fürsətdən istifadə edərək gecələrin birində Toğrulu yanına çağırdı və Atabəy Məhəmmədin qaba hərəkətlərindən şikayətlənərək dedi:– Siz mənim nə qədər qohumcul olduğumu bilməmiş deyilsiniz. Lakin qardaşınız mənim oğlumun qarşısına təzə varislər qoymağa tələsdi. Gedib bir kəndli qızına evləndi. Mənim əzəmət və şərəfimi təhqir etdi. Nəhayət, oğlumu məndən ayırıb Reyə hökmdar göndərdi, çünki məni paytaxtdan uzaqlaşdırmaq lazım idi. Bu gün mən öz canımı götürüb buradan gedə bilərəm, lakin sizin həyatınızı onun vicdanına tapşırmağa cəsarət etmirəm. Onun süfrə başında and içməsinə inanmayın, o öz nəfsindən ötrü bütün Eldəniz xanədanını məhv edə bilər. Xüsusən o son vaxtlar olduqca əsəbiləşmişdir. Qan tökmək, göz çıxarmaq üçün bəhanə axtarır. Çıxılmaz vəziyyətdəyəm. Onu sevirəm, lakin məmləkəti və xanədanın şərəfini də sevmək lazımdır.

5 dəq
Atabəy Məhəmməd öldürüldü

Xarəzmşahlarla olan əlaqə get-gedə gərginləşirdi. Onların qonşularla ittifaq bağlaması, atabəyliyin ətrafında qüvvə hazırlamaları, Atabəy Məhəmmədin rahatsızlığına səbəb olmuşdu. Dörd aydan bəri Qaraxətayi, Xarəzm və Xorasan tərəflərini dolaşıb məmləkətin vəziyyəti ilə tanış olmaqda idi.Qış çox soyuq keçirdi. Atabəy səfərdən qayıtdığı zaman özünü yaxşı hiss etmirdi. Həkimlərin dediyinə görə Atabəyin ciyərləri soyuqlamışdı.

13 dəq
Aldanış

Müttəfiqlər öz müvəffəqiyyətlərini bölüşdürmək üçün barışa bilmədilər. Qətibə Hüsaməddinə, Toğrul isə Qətibəyə verdiyi vədələrə əməl edə bilmədi. Toğrul öz sarayına çəkilib hökumət işləri ilə məşğul idi. Qətibə onunla görüşməyə imkan tapa bilmirdi. Toğrul bütün qüvvətilə Qətibənin gözünə görünməmək və öz iradəsini onun təsirindən qurtarmağa çalışırdı. Toğrul heç bir vaxt Qətibənin nəsihətlərini eşitmək və ona əməl etmək istəmirdi. Toğrul nə qədər sərxoş və əyyaş bir hökmdar olursa olsun, eyni zamanda məmləkətinə etdiyi xəyanəti müəyyən çərçivədən kənara çıxarmaq xəyalında deyildi. Toğrul öz ailəsini Həmədana köçürmüş, oğlu Məlikşahı vəliəhd etmiş və Qətibəyə evlənməklə onun oğlu Qütlüğü vəliəhd elan edəcəyinə dair verdiyi əhd-peymanı tamamilə unutmuşdu.Qətibə nə qədər çalışdı isə Toğrulu azad bir yerdə görüb sözlərini deyə bilmədi. Nəhayət, o xəstələndiyi üçün, Toğrula belə bir məktub göndərdi:

13 dəq

Başqa şairlərin şeirləri · Eşq