Yenilərə
Mən bir aşiqəm ki, bu çaldığım sazDumanlı dağlara səs salacaqdır.Ağlatdım teldə inləyən avazElin xatirində çox qalacaqdır.
Doğrayacaq səsim dağda dumanı,Dinləyəcək məni dağın çobanı.Mən sorduğum zaman: sevdiyim hanı?Təbiət dəyişib yaz olacaqdır.
Qorxutmayır məni bu anmayanlar,İsrafil surindən oyanmayanlar.Göstərdiyim yola inanmayanlar,Bu yeni dünyada ad alacaqdır.
Kitabxana.az · https://kitabxana.az/works/cavad-yenilere
← → düymələri ilə keçid, R — təsadüfi şeir