Aşiqin dərdi
Soraraq yıldıza, Aya,Ararkən gözlərim səni;Bənim kimi bir sevdayaDüşən gördüm bir də bəni!
Nə zaman ki, insan oğluAzar qərib eldən yolu;Bənim kibi gözlər doluYaşla salamlar Vətəni!
Bəncə, dərdin ən yamanıİtirmək dərd anlayanı!Hər yetənə sordum hanı,Göstər bir dərd anlayanı?!
Ah, ey gözəl elim, günüm,Düşsə sənə bir də yönüm?!Tanrım, olsun ən son günümGöstər bana “can” deyəni!
Ayrı düşdüm bən elimlə,Gedən bulud, getmə, dinlə;Ağla bana öz dilimlə,Türk aşiqi söyləyəni!
Aşiqin bir el dərdi var,Ellər oxur, ellər yazar!Bən düzərəm , zaman pozar,Göz götürm əz bu gülşəni!
Kitabxana.az · https://kitabxana.az/works/cavad-asiqin-derdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər kipriyin bin ox kimi canan batırsan sinəmə,Qaşlar da üdvan seyfi tək zərbət urar qan sinəmə!
Bitab edüb dilbər bəni əğyarə meyl etmək nədənBitab edüb dilbər bəni əğyarə meyl etmək nədən?Göz yaşımı ənhar tək etmək nümayan17 didədən?
Aman, ey bivəfa, zülmün bəni bizar edüb candanAman, ey bivəfa, zülmün bəni bizar edüb candan!..Ümidim gəlməz idi böylə zülmə dəsti-xubandan.
Ey xaliqi rəhmən, yenə rəhmin nə qədərdirEy xaliqi rəhmən, yenə rəhmin nə qədərdir?Hər qədər edəm şükr, yəqinim ki, hədərdir!