Mən yurdumu andıqca dərindən,Qəlbim qopuyor sanki yerindən,

Yurdum… O ilahi uca Qafqas,Vermiş mənə ilhamı əzəldən.Sundum onun eşqiylə yürəkdənAtəş dolu bir camı əzəldən.Mən ruh alamam başqa gözəldən,

Eşqim!.. O ilahi uca Qafqas…Qafqas!.. O yaşıl sinəli dağlar,Hicran duyaraq düşdüyü yasdan,Qaç yüz sənəlik matəmi saxlar,Bir rəmz olaraq Kürdən, Arazdan.Quzğun onu həsrətlə qucaqlar,Dərdiylə coşan dalğalar ağlar…

Heyhat… Nə yazıq, bir qanadım yox,Bir anlıq uçub dağları aşsam,Tərlan kimi Göy Göldə dolaşsam…Azğın pusudan bir atılan ох,Qəlbdən vurulub yerlərə düşsəm,Bir ləhzə o torpaqla öpüşsəm…

Torpaq, o yaşıl kölgəli torpaq,Qoynunda məzarım da sərinlər.Ruzgarla düşən hər sarı yarpaq,Ruhumda coşan şarqını dinlər…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən