Hambal dəbdədir
İndi bu millətdə qeyri-adi bir hal dəbdədir,Qarəbağ çıxdıqca yaddan xoş bir əhval dəbdədir.
Təhsil almaq olsa da vacib bu azad ölkədə,Pullu işdə işləməkçün amma ki, kal dəbdədir.
Şipşirin torpaqları əğyarə verdikdən sora,Şorməzə torpaqları sürətlə işğal dəbdədir.
Get-gedə əxlaqı kökdən korlanan bir millətə,Dal günün göstərmək üçün pırtdamış dal dəbdədir.
Çox TV-də şərhlərçün yerli icmal dibdədir,Az TV-də mədhlərçün yersiz icmal dəbdədir.
Milli Məclisdən giley etmək dilərsən -etməgil,Çünki bir batman qərarın xeyri misqal dəbdədir.
Biz kasıblarçün Dubaydan vaxtı ötmüş köhnə mal,Leyk ərəb şeyxiyçün on beş yaşlı "xammal" dəbdədir.
Vaxt var idi qalmaqal salmaq dəb idi ölkədə,Çox şükürlər olsun indi qalma yox, qal dəbdədir.
Bir əsr bundan qabaq Nobellərə hambal idik,İndi də Nobellərə yurdumda hambal dəbdədir.
Qorxuram ki, Pünhanın bir gün dilin dibdən kəsib,Car çəkərlər xəlqə ki, haqq şairi lal dəbdədir.
19 iyul, 2001
Kitabxana.az · https://kitabxana.az/works/punhan-hambal-debdedir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Neçə illərdi yazır ölkədə başdanbaşa daş,Belə getsə, basacaq başları başdan-başa daş.
Dəf, dumbula girdiAzadlığa çıxdıq, hərə bir cür yola girdi,Quldur mala, puldar pula, muzdur çula girdi.
Heyrət, ey bit!Heyrət, ey bit, başda çövlanın keçal eylər məni,Ta ki, sən varsan cəmaət çox sual eylər məni.
Rita Racından qırılarElə bir dövr gələr hamı acından qırılar,Bəşərin səbri daşar, şah tacından qırılar.
Başqa şairlərin şeirləri · Vətən
Mən aşiqəm, Qarabağ,Şəki, Şirvan, Qarabağ.
DağlarEşidin, dərdimi sizə söyləyim,Düşmüşəm Vətəndən aralı, dağlar!
Gül kimi yüzüm əgərçi, şadü xəndandur mənümGül kimi yüzüm əgərçi, şadü xəndandur mənüm,Lalə tək bağrımda hər yan daği-pinhandur mənüm.
Tarixi-Cədidi QarabağMİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.