Sənk yu
Sənk yu, yevropian ünvanımızçün sənk yu,Bay ze taym tas yevro qanımızçün, sənk yu.
"Dobrı" şalbandan sürüşdük düşdük "avro"-şalbana,Çiynimizdən düşməyən şalbanımızçün sənk yu.
Mən bilirdim ki, səninkiynən bizimki tutmayır,Sən tutuzdurdun dili-viranımızçün sənk yu.
Şərqimizdə qərbimizdir, qəbrimizdə şərqimiz,Şərqi derkən burcudan oğlanımızçün sənk yu.
Can fəda etdik Vətənçün, bilmədik bir gün Vətən,Ləğv edər hər bir güzəşti canımızçün sənk yu.
Həm ayağmız yüngül, həm də çox "sürüşkənmiş" bizim,Bakü, İstanbul, Dubay imkanımızçün sənk yu,
Qapları Avropaya açdıq, fəqət meydana yox,Bir muzeytək qorunan meydanımızçün sənk yu.
Doq dey of Nardaran ənd popleyşen Baku,Yəni ki, döndərdiyin dövranımızçün sənk yu.
Xəlqə göstərmək üçün qeyrətmizin miqdarını,Lüttərə meydan açan ekranımızçün sənk yu,
Ey Conum, gəl biz sənə hər sübh qud moninq deyək,Sən bizə zəbt etdiyin şirvanımızçün sənk yu.
No it iz not eşqi-Məcnun, lonq liv Emmanuel,Eşqi beynəlxalq olan dastanımızçün sənk yu.
Qulp olanda qulp qoyur, qulp olmayanda mız qoyur,Hər şeyə bir mız qoyan Pünhani-mızçün sənk yu.
25 iyun, 2002
Kitabxana.az · https://kitabxana.az/works/punhan-senk-yu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sənə, ey dost, Bakıda hər cürə an göstərərəm,Sənə, böhtanı, şəri xeyrə qatan göstərərəm.
Şillə-qapaza çıxmışamQışda evimdə qar yağıb, zülm ilə yaza çıxmışam,Yazda başımda qar qalıb, qışla taraza çıxmışam.
Kef elə, yorğana girXabi-qəflətdən kənar ol, haqq olan meydana gir,Mərd ol, meydangir ol, sən haqq ilə peymana gir.
Baxasan, ağlayasanBu elin halına hər gün baxasan, ağlayasan,Bu ilin qalına hər gün baxasan, ağlayasan.
Başqa şairlərin şeirləri · Vətən
Ta keçəl-küçəllər oldu imdi yarın, ey könül!Qarə oldu yar əlində ruzigarın, ey könül!
Alqış deyimAlqış deyim bu torpağın nemətinə,Elin halal qismətinə alqış deyim.
Mərd oluBizim elin dəliləriGirər meydana mərd olu,
BəstiGəlməyib bərabərin küllühüm, cahana, Bəsti!Ləblərini bənzətmişəm gülə, ireyhana, Bəsti!