Ta keçəl-küçəllər oldu imdi yarın, ey könül!Qarə oldu yar əlində ruzigarın, ey könül!

Yüz cəfa gördün, vəli hərgiz kifayət etmədin,Hər sifatından xəcilsən nazlı yarın, ey könül!

Nə ümidilə yenə millət sənə vermiş fərib,Kim fərəhnak olmusan, yoxdur qərarın, ey könül!

Küçələrdə görmisən yoxsa ki, veyl lüt, bambılı,Toxtamır hər gün yenə bir ahü-zarın, ey könül!

Aldı əqlü huşunu bitlər və çirki millətin,Getdi əldən yox yerə məcmui-varın, ey könül!

Qırmızısaqqala qoymazdım səni bənd olmağa,Məndə olsaydı əgər kim ixtiyarın, ey könül!

Söylədim, quli-biyabanidən əl çək, çəkmədin,Axırı məcmuəbazlıq oldu karın, ey könül!

“Molla Nəsrəddin”, 15 sentyabr 1906, №24

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Təsbeh barəsində bir neçə söz

Bir yana sifariş eləyəndə bir nişanə göndərmək qədim adətlərin biridir. Nişanə göndərmək o vədələr lazım olub və olur ki, sifariş eləyən, ya sifariş alan savadsız ola. Birisi öz evinə adam göndərib bir şey istəyəndə bıçağını göndərir və qeyri birisi bir yerə sifariş edə, açar göndərir.Nəzərəli xan İkramüddövlə belə bir qayda qoymuşdu: qabaqca fərraş gəlib rəiyyətdən bir şey istərdi. Əgər rəiyyət verdi, verib, əgər vermədi, fərraş bir-iki şallaq çəkib qayıdardı xanın üstünə və ikinci dəfə xanın təsbehini gətirərdi. Bu dəfə əgər o hökmə əməl olundu, olunub, olunmadı – dəxi fərraş ixtiyar sahibidir; yəni o qədər ixtiyar sahibidir ki, əgər xəncərin çıxardıb “yox” deyənin boynunu vursa, dəxi bilmirəm nə olar və yəqin də heç bir şey olmaz.

4 dəq
Qəssab

Bir dəfə bunu eşitdim ki, qonşu Məşədi Məmmədəli qızını verir qəssab Şamilə. Bir dəfə də eşitdim ki, daha vermir. Axır vaxtlarda deyirdilər ki, Məşədi Məmmədəli qızını qəssab Şamilə verməyə razı olub. Ən axırda genə dedilər ki, Məşədi Məmmədəli qəssab Şamildən inciyib və qızını daha ona vermir.Üç-dörd gün bundan qabaq qəssab Şamil gəldi bizə. Bununla bizim bir yüngülvarı qohumluğumuz da varmış (yəni: özünün rəvayətinə görə). Məlum oldu ki, qızı nəhayət xoşlayıb, amma Məşədi Məmmədəli genə nədənsə, qızını vermək istəmir. Şamil xahiş etdi ki, mən vasitə olam və bəlkə Məşədi Məmmədəlini yumşaldam. Qəbul etdim. Dedim:

5 dəq
Zırrama

Günortadan üç saat yarım keçmişdi gəlirdim mənzilimə. Yorulmuşdum və acımışdım. Az qalırdım evə yetişəm, küçənin ortasında bir nəfər kişi mənə yavıq gəlib salam verdi və yapışdı sağ əlimdən:– Molla əmi, yəqin ki, məni tanımırsan?

6 dəq
Rus qızı

Tarixi-İsəvinin min səkkiz yüz doxsan dördüncü ilində piyada gedən Reynqarten Rusiya tərəfindən gəlmişdi ki, Qafqazdan keçsin İrana, oradan Hindistana, Kitaya, Yaponiyadan dərya ilə gedəcək idi Amerikaya, Amerikadan gələcək idi İngiltərəyə, Firəngistana, Almaniyaya və beləliklə qərb tərəfindən daxil olacaq idi vətəni Riqa şəhərinə.Reynqarten xəyalında qoymuşdu həmin səfəri dörd ilin müddətində tamam etsin; amma elə yadımdadır ki, ancaq altı il ondan sonra Rusiya qəzetləri Reynqartenin Riqa şəhərinə qayıdıb gəlməyini xəbər verirdilər.

11 dəq

Başqa şairlərin şeirləri · Eşq