Sən hər gecə, o qəmli meşələrin ardından,Həkimanə baxışla, dünyalara baxırsan...Lacivərd göylərdə, bir pəri tək uçarkən,Nədən suya düşüb də dalğalarla axarsan?

Nədir sənin simanda, o kölgəli düşüncə?Həyatında çəkdiyin, möhnətlərin izimi?Nə tikmişsən gözlərin uzaq-uzaq yollara,Görünürmü uzaqda, axıb gedən bir gəmi?

Nə bilirsən ey Qəmər, sən yanarkən zülmətdə,Hansı gəmi bu yaşıl sahillərə yanaşdı.Sən çıxarkən pərdədən, yelkən açıb qəhrlə,Sevgilimin gəmisi dənizlərdən də aşdı.

Yollar uzaq, karvan keçib yoldan bixəbər,Mən piyada düşmüşəm, yollar üstə sayə tək...Aç zülfün, at kəməndin, bir gecəlik ey Qəmər!Ey “Mərsdabə” məni də o gümüşlü bürcə çək!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq