Bir keçən buludun, göz yaşlarını,Qana-qana içib, açılan çiçək.Bu quru çöllərdə, açıldın heyhat,Sənə kimlər artıq nəzər edəcək?Söylə içirib gəl vahədən kənar,Açan bir gül ilə olarmı bahar?

Yaxıcı qumların bir bucağındaBəslərsə də xilqət, atəşin bir gül.Söylə, nədən dəhrin gülüstanındaTuş olmadı sənə bir dəli bülbül,Umma asimandan mərhəmət, gülüm,Sənə göz dikmişdir, bir qara ölüm.

Nə çəmənlərdə və nə də bağlardaGözəllər üçün bir açılan gülsən.Nə də bulaqların zümzüməsilə,Zavallı qönçəcik gülmək bilirsən.Varsa da qan rəngi yanaqlarındaAcı təbəssüm vardır dodaqlarında.

Söylə nədir dərdin, biyaban gülü?Nədən qumlar içrə sən kök salıbsan?Düşündürür məni qızıl yarpağınYoxsamı eşqidən yadigarmısan?Yoxsa Leylanın sən, qanın içərəkQumlarda açdın sən, ey gözəl çiçək!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar