Həyatda ümid
Ümid əgər bu qaranlıq cahanda olmazsa,Kim axtarardı həyatın şəfəqli çeşməsini?Həyatın eşqi əgər olmasaydı, xatirədəÖlüm kəsərdi sevincin gözəl və şən səsini.
Ümid, köhnə şərabdır ki, xəlqi sərxoş edər,Ümid ilə qara dünya səfalı cənnət olar.Ümid ilə gül açar, bağçalar və quşlar oxur,Yaşıllanar quru çöllər, axar, coşar çaylar.
Bəşər gözün açar, açmaz gülər, gülər dünyaÜfüq bir ayna kimi parlayıb da şövq salar.Ümid qəmli könüldə işıq saçan gündür,Görən işıqlı günü, görməyib də kim ağlar?
Həyatı anlamayıb kim ölümlə qəhr olsa,Sovurur cahan, gül açarkən baharı iblisin...Həyatı anlamayan zülmə baş əyər, heyhat!Həyat zülmün odunda yanıb olur bitgin.
Kitabxana.az · https://kitabxana.az/works/hebib-sahir-heyatda-umid
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Mey və meyxana
دم عاشق و بوی پاکان نماید
ÜçBir gün bir şəcər gördüm,Gülünün yarpağı üç.
Müavin mana ol Sübhan olursaƏla, ey dilbərim, yarım, xərabat,Dilü can içrə dildarım, xərabat.
Ta'neler urur kanlu gözüm ebr-i bahâraTa'neler urur kanlu gözüm ebr-i bahâraGelmedi gönül zülfüni göreli karâra