Qısa bir zamanda bahar təkÇiçəklənən gözəl yurdumuzSoyuq qəbristana bənzədi,Dağıldı duman tək ordumuz.Gün çıxandan qara yel əsdi,Yıxıldı qurğumuz, elimiz,Odlandı, talandı Xoy, Təbriz,Urmi axar sular diyarı,Gülü solub, rəngi saraldı,Hər gün, hər gecə qapımızdanAclıq, ölüm girdi içəri.Heç unudularmı o günlər?Cənuba yollanan sürgünlərKim unuda bilər o qışda?Axşamadək qarda, yağışda,Qara zindanların önündəYerə sərilən arvadları.Görürkən qırmızı gün söndü,İmperializm gülüb sevindi...Ol dişləri düşmüş kaftarınGözü evlilərə sataşdı...İmperializm bizə nə verdi?– Fəlakət, aclıq və qara gün.Qan izlərinə bax, bir düşün,Tanı düşmənini, ilanı!Sənin əməyinlə bəslənmiş“Parazit”in əti və qanı...Günəş görə bilməz bayquş,Qızıl-çin köpəyi qudurtmuş.O əmiri, satanlarıQanadı altına almışdır...Lakin yandırmaqdan nə çıxar?Qızıl qurğuları kim yıxar?Qaranlıqdan çıxan günəşlər

Onun qamaşdırar gözünü.O yaralı canavar kimiDaşdan-daşa çırpar özünü.Burax çırpsın, çırpsın şeytan,Qoy məhv olsun, onu tutmuş qan...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri