Uğuldayır dəli yellər, budurÇamur damda.Nə köz qalıbdı ocaqdaYağışlı axşamda.Kədərli xatirələrdiKitab-kitab qalanıbBağım xəzan olaraqYurd, yuvam, evim talanıb.Buraxdılar qara yel əsdiŞərqdən bir gün.Nə qoydular evimə, qış zamanıGün düşsün...Nə qoydular ki, əkin yaz çağındaTellənsin.Nə qoydular qəzəlin son baharıgüllənsin.Xarabazar elədi od diyarınıəfsus,Quru və isti diyardan axıbGələn ordu.Elim əsir olaraq, oymağım köçübgetdi.Və bu nankor ağalarSatdılar gözəl yurdu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən