Söylə, Tanrı
Söylə, Tanrı, bu boş qalan yollardan,Gecə vaxtı kimlər keçdi, kim qaldı?Yarı-yardan hankı əllər ayırdı,El içində ayrılığı kim saldı?Min əməklə çiçəklənən yurdumuz,Bir gecədə nə tez solub-saraldı?
Ellər köçüb, yurdlar oldu viranə,Bu yerləri sürən, əkən harda bəs?Xəzan olmuş meşələrin içindən,Eşidilməz nə bir səda, nə bir səs...Həyatımız, o gül açan hədiqə,Sərab imiş, – yoxsa Tanrı, boş həvəs?
Şaxta düşdü, duman basdı dağları,Ailələr matəmlərə büründü.O yerdən ki, ilıq yellər əsirdi,Tufan qopub, aclıq, ölüm göründü.Gözəl qızlar, kiçik, körpə uşaqlarQapı-qapı dilənərək süründü...
Söylə, Tanrı, köçüb gedən ellərin,Bu dünyada bir də üzü güləcək?Gələcəyə şirin ümid bəsləyənKönlümüz açacaqmı, gül-çiçək?Viranədə susacaqmı bu bayquş,Verəcəkmi bahar, dünyaya bəzək?
Kitabxana.az · https://kitabxana.az/works/hebib-sahir-soyle-tanri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Qəmginsən nədətı? Söylə, dildar bircə gül,Yetmiş bahar, bir de, danış, yar, bircə gül.
QarabağSinəmə çəkilən qara dağımdırQara bağrım qanlı Qarabağımdır
Gəraylı: Şükür olsun ol XudayaŞükür olsun ol Xudaya,Yenicə yazlar gələyir,
Qıra bilməzHər kim ki, sevir, sevgidən ölməz,Qəlbimdə coşan telləri heç vaxt