Nə boran var, nə duman,Qarlar üstə qızıl qan.Şaxta kəsir qılınc təkDağdan əsir sərt külək.Meşəliklər iç-içə,Çayırlar olmuş keçə.Dağ üstə ay qonmuşdur,Ay şaxtadan donmuşdur.Ayda, dağda həyat yox,Canlıların dərdi çox.Ay işığı aynadır,Kölgələri oynadır.Yolçu yolda qalıbdır,Yola kölgə salıbdır.Bir kəndlidir, Sayandan,Uzaq düşmüş karvandan.Lütdür, acdır, çox arıq,Ayağında var çarıq...

Qarlı dağdan yel əsir,Şaxta qılınc tək kəsir.Qurdlar, quşlar yuvadaBir heyvan yox obada.Meşəlikdə qurd ulur,Budur, ölüm ov bulur.O qurdlarla dalaşmış,Qurdlar önündən qaçmış.Yarasından axır qan,Bozarmışdır soyuqdan.Hər yer işıq, hər yer ağ,Ömür qısa, yol uzaq.

İsti evdə bəy, xanlar,Cam ardından baxanlar,

Belə aydan xoşlanırYeri bir cənnət sanır.Bir çox rəssam olanlarİncə fikrə dalanlar,Bəlkə qalın meşədənQarlı, aydın gecədənGözəl şəkil çəkərlər,Qızıl şərab içərlər.

Kürək içində oturan,Şer qoşub, saz çalanXəyalpərəst şairlərAya baxıb söz deyər.Görər dağa ay qonmuş,Ay önündən uçur quş.Görər bulud qar saçır,Sanki ağac gül açır.

Gecə bir quş səs salır,Külək əsib saz çalır.Budur, uzaq bir kənddə,Yoldan iraq bir kənddəSarı işıq görünür,Yolçu budur düşünür:Kimlər ölmüş? Kimlər sağ?Aman Allah, yol uzaq.Təndir yanır, bişir aş,Gəlmiş qonaq, yar, yoldaş,Anam məni gözləyir,Qızım məni gözləyir,Yəqin yerlər bölünmüşBəxt ulduzu görünmüş.Bircə qanım axmasa,Qara ölüm çatmasa...Qarlar ərir, çay daşar,Başımızdan gün aşar.

Bağlarımız güllənər,Səhər olar, gün dönər.Tarla bizim, bağ bizim,Çörək bizim, yağ bizim.

Nə boran var, nə duman,Yarasından axır qan.Yoldan işıq görünür,Gözü yaşla bürünür.Budur, itlər hürürlər,Qurdlar onu görürlər...Ay meşədə solmuyur,Nədən səhər olmuyur?

Duman tutmuş hər yeri,Kimlər ölmüş? Kim diri?Qurdlar gecə ulaşmış,Qarlar qana bulaşmış.Quşlar yemək axtarır,Bir şey yolda bozarır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri