Gecə vaxtı ulduzları sayanlar,Bulaqların nəğməsini duyanlar,Öz ömründən usananlar, doyanlar,Sabahatək oyaq qalan kimlərdir?

Dəniz coşub qabararkən dalğalar,Buz suları ay edərkən zərnigar,Gecələrin ahəngilə biqərar,Pərvanə tək şəmə çarpan kimlərdir?

Qızıl, sarı yarpaqları dağıdan,Sular üstə kəhrəbayi bir xəzanBir alagöz, sarı gülə oxşayanƏfsununa məftun olan kimlərdir?

Axşamçağı tozlu yolda sürünən,Uzaqlardan şübhələr tək görünən,Qaranlığın örtüsünə bürünən,Uzun-uzun fikrə dalan kimlərdir?

Gözəllikdən sərməst olan, olmayan,Yar eşqindən saralmayan, solmayan,Bir nəğməylə gözü yaşa dolmayan,Şairləri dəli sanan kimlərdir?

Şair sözün hər dinləyən anlarmı,Şerdəki gizli qalan min qəmi?Anlamayan deyil könül məhrəmi,Naməhrəmə həmdəm olan kimlərdir?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri