Kimlər sevinir
Dan yeri ölkəsin atəşdə yaxanAl Yunanıstanda deyirlər qan-qan!Bizim ölkəmizin sərhəddin aşıbXırmanın yandırıb, külün savırıb.İndi sevinirlər... həna yaxırlarQara bulud olub, şimşək çaxırlar.
Dedilər: – Soltana diş qıcırtdınızAl bayrağınızda “parladı yıldız!”
Dedilər ki: – Ellər qovub ərbabiQılınc çəkdi işçi, yadlar üzünə.Bağladı qapısın, qurdu qurğusunİnanmadı “Xan”ın yalan sözünə...
Demədilər: dava yorğan üstədir,Küşkürtdülər iti üstümüzə ah!Yatmağa pul da verib, cəllada xəncərYadların iti ilə bizi boğdu...
Yaxşı bilirdilər köhnə şeytanlaDöyüşən kimsənin yarası qanar.Azər eli azad olsa bu günƏldən gedər yarın Xorasan bütün.
Odur ki, fars eli ayağa qalxmazİmperializmdən haqqını alar.Qovarlar zindandan “xan”ı meşədən,Qaça bilməz tülkü bir də meşədən.
O gün dostlarımız bizi unutdu,Gördülər nədənsə hava bulutdu.Qara kecə gəldi, görünmədi ay,Düşmanlar şəhərə saldılar haray.
Yad əlinə düşdü şəhrin açarı,Oğru istər əlbət şuluq bazarı.Talandı yurdumuz, yandı kitablar,Şairlərimiz ah, oldu giriftar.
Ölən öldü o gün, ölməyən qaçdı,Qara zindan xəlqə ağzını açdı...Bir gecədə söndü yanar ocaqlar,Qapıldı gənc qızlar, öldü uşaqlar.
Bizim ellərin ah, taleyi döndü,Yanar dağımızın atəşi söndü.Başa çatdı “payız”, yarpaq töküldü,Çox başlar kəsildi, qarın söküldü.
Düşmanlar keçmişimi yadına saldı,Elxanlar acığını bizlərdən aldı.Səsini çıxartmadı görən al qanı,Asanmı öldürmək, qırx min insanı?
“Qanlı hadisə”dən kimlər sevindi?Qırmızı don geyən namərd cəlladlar.– Bu gün o an isə kimlər sevinir– Arpaya cürdəyin, hiyləgər yadlarSevindi kimlər? Xain məmurlar,Savadsız “ustadlar”, əski fərraşlar.Yad dostu “şairlər”, quldur hakimlər,Bir soğana yüz baş kəsən o başlar,Daha kimlər, daha kimlər sevindi –
Xəlqi talayanlar, yurddan köçənlər,Öz əsir elinə şallaq vuranlar.Qızıl piyalədə al qan içənlər– Kimlər sevinirlər “Qanlı payız”da?Tülkü ingilislər, tacir yankılar.Daha kim sevinir bu qanlı gündə?
Yad əlilə təxtə çıxan hökmdar.Bu gün sevinən, sabah döyülər,Buludlar çəkilib, günəş görünər.Millət həqqin alar, düşmənin qırar,Dəyişər əlbət ki, belə rüzugar.
Yanar günlərin də ömrü az sürər,Gül açar yurdumuz, günümüz gülər,Bu “yas günü”bir gün toy olar bizə,Qonşu elimizdən gələr elçi Təbrizə,Uşaqlarımız oxur ana diliniŞair də alqışlar Azər elini.
Kitabxana.az · https://kitabxana.az/works/hebib-sahir-kimler-sevinir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Mən sənə biganə qaldım, bilmədim sən bilmisən,Ey əsir qız, toy da çaldım, bilmədim sən bilmisən.
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
Axunda müraciətAxunda, milləti etmə həvayiBizə lazım deyil bangi-dərayi
AllahQohum-qardaş o tərəfdə, kimdən xəbər alım,Allah,Ürəyimdən qanlar axır, xoş xəyala dalım,Allah?!