Səhər yoldan keçərkən,Salam verdik Bərəyə.Gün batarkən o axşam,Çatdıq Qumlu dərəyə.

Uzaqlardan baxanaKölgələr tək göründük.“Qaranqu”ya çatarkənSərinliyə büründük.

İkinci gün dağ ardı,Sönür ikən yorğun gün,Obalara yanaşdıq,Gördük vardır toy, düyün.

Güllər ətir saçırkən,Sel suları duruldu.Kilim, xalça döşənib,Od, ocaqlar quruldu.

Güllənərkən bağçalar,Bala dolur pətəklər.Qız-gəlinlər oynarkənDalğalanar ətəklər.

Xoş-beş etdik ellərləİçdik sərin ayranlar.Eşitdik ki, talayırObaları soltanlar...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri