Qanlı payız
Buludlar qalaq-qalaq,Tökülər quru yarpaq.Payızdır: “Qanlı payız”El köçüb, sönüb ocaq.
Su axmaz zinə-zinə,Qan axır su yerinə.Ellərə divan tutur,Amansız düşman yenə.
Ortanı zülmət basdı,Evlərdə indi yasdı.Dan yeri ağararkənCəllad beş igid asdı.
Göydəkən rəbi-qadir,“Kölgəsi yerdə gəzir”,Əfiyun dərvişlərəAzəri olmuş əsir.
Tozludur Təbriz yolu,Şeytanla yurdlar dolu.Zəncirlər dəmirdənsə,Poladdı elin qolu.
Desə də tufan qan-qan,Çəkinmə qaranlıqdan!Dur, qızıl məşəl yandır,Görsə od, qaçar şeytan.
Kitabxana.az · https://kitabxana.az/works/hebib-sahir-qanli-payiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Qəzanın gərdişi tərsə dolandı,Necə düşdüm əziz eldən aralı.
Yol gedirikÇaydan keçdik, gəldi meşəAğacları bulud-bulud,
QaşlarınDəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?