Dostluq hədiyyəsi
Qardaş! Sənin axar təbinAxdı təmiz sular kimi;Hər muradın, hər mətləbinGah yeridi, gah atlandı,Tərlan olub qanadlandıMüqəddəs arzular kimi!
Ömrün boyu sən inandınBu torpağın qüdrətinə.Vətən oldu əzəl andın;Qulaq asdın sərin-sərinDünya görmüş bu ellərinHər sazına, söhbətinə.
Şirin dilin, şirin ləhcənYurdumuzun öz səsidir…Rübabını çalanda sənDindi dağ da, göy çəmən də,Dedi hamı, dedim mən də:Bu Osmanın nəfəsidir -Yurdumuzun öz səsidir!..
Kosmopolit iş başındaSəni dandı, məni dandı…Sən atını sürən zamanOd qopduqca nallarındanPaxılların küt başındaOcaq yandı, od qalandı!
Bir döyündü ürəyimiz, -Bir əmələ qoşa getdik.Gah ləpəli, gah dalğalı,Gah da çənli, qasırğalıŞeir, sənət yolunu bizVüqarla baş-başa getdik.Bir əmələ qoşa getdik!..
Getdik, dedim… Yox, inanma!Mənzil yarı, ömür yarı!Mən dayansam, sən dayanma!Qartal kimi dağlar aşsın.Buludlarla qucaqlaşsınİlhamının qanadları!
Mən bilirəm o səndəkiVüqar nədir, təmkin nədir!Bilirəm ki, sinəndəki:Hələ sirri açılmamış,İnciləri saçılmamışQapalı bir xəzinədir…
Bilirəm ki, el yanındaAlnı açıq, üzü ağsan.Bilirəm ki, saf qanındaDalğaların qüvvəti var,Şerin, sözün qüdrəti var,Hələ nələr yazacaqsan,Nə nəğmələr yazacaqsan!..
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-dostluq-hediyyesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir