Qulaq asın, dost-aşnalar,Bir pərişan kamanım var.Bu rübabın hər telindəYüz ahım var, amanım var.

Nə tez keçdi ilk baharım,Xəzan əsdi, soldu barım,Nə dövrana etibarım,Nə insana gümanım var.

Sazım hanı? Sözüm hanı?Uçdu könlüm xanimanı…İtirmişəm el-obanı,Nə bir dağım, aranım var.

Könül! Daha kimsəsiz gəz………………..Bir dağam ki, göz işləməz,Karvan keçməz dumanım var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri