Üstündən karvan yeriməz,Sıxdır dumanların, dağlar!Yayda-qışda heç əriməzQuzeylərdə qarın, dağlar!

O qız yaldan tək aşanda,Saç kəmərə dolaşanda,Atdan düşüm yol aşandaMən olum zəvvarın, dağlar!

Laçınların göydən enməz,Qayaların baxar dinməz,Yaman gündə üzün dönməz, -Pozulmaz ilqarın, dağlar!

Ovçu gəzər oğrun-oğrun,Maralların düşər yorğun.Qonaq gəlib sizə VurğunSevinsin gülzarın, dağlar!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri