Gözü yolda qalanlarım
Qürbət elə səpələnib,Gözü yolda qalanlarım,Dəniz kimi ləpələnib,Dərdi ümman olanlarım!
El həsrəti hər gün canda-Sizi yaxıb-yandıranda,Ağlayırıq biz bu yanda,Qürbətdə qocalanlarım!
Sərhədlərin yolu bağlı,Yaşadınız könlü dağlı,Vətən qızı, vətən oğlu,Qəm mülkündə sultanlarım!
Dövran bizə dağlar çəkdi,Gül bağında tikan əkdi,Qansızlar hey... qanlar tökdüHardasız, qəhrəmanlarım?!
Qoyun mələr, quzu mələr,Yüzü ağlar, yüzü mələr,Özü gəlməz, sözü gələrAdı qərib olanlarım.
Bu həsrətlə öldü nənəm,İncə belini bükdü qəm,Eşidin! Ağlayan mənəm!Qürbət eldə qalanlarım!
Bir canım var, olsun o da,Qəriblərim, sizə fəda!Od yurduna gəlin oda,Ürəyi pərişanlarım!
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-gozu-yolda-qalanlarim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
بر جان و دلم غم تو آتش بیز است
Ey məni-bimarni biçarə qılğan, xanisən?Ey məni-bimarni biçarə qılğan, xanisən?Xanümanimdən məni avərə qılğan, xanisən?
Ey dil, həzar şükr xəbər gəldi yardənEy dil, həzar şükr xəbər gəldi yardən,Olduq xilas dərdü qəmi-intizardən.
ÇəkərSevda sitəmindən cismim səd parə,Qəm ləşkəri bu hicrana mil çəkər.