Ey dil, həzar şükr xəbər gəldi yardən
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey dil, həzar şükr xəbər gəldi yardən,Olduq xilas dərdü qəmi-intizardən.
Fəsli-xəzan qəmin çəkən avarə bülbülə,Verdi səba xəbər o güli-novbahardən.
Ey məqdəmin fədası, bəlalər çəkir başım,Gəl, gəl ki, keçdi səbrü qərarım qərardən.
Et şadlıq gözüm yaşı, ol gülrüxüm gəlir,Xarü xəsi götür, kərəm et, rəhgüzardən.
Aləmdə bir gün olmadı ki, vəsli-yar iləBir kami-dil alam fələki-kəcmədardən.
Bilməm nə eyləyib ona eşq əhli kim, müdam,Bu çərxi-kinəvər ayırır yarı yardən.
Qoy, dönməsə müradımca çərx dönməsin,Minnət çəkən kişi degiləm ruzgardən.
Şükri-xuda ki, vadeyi-vəslində ol məhin,Şərməndə olmadım dili-ümmidvardən.
Məqtə — şairin təxəllüsü olan son beyt. Getdi o gün ki, Seyyid, oxurdun bu misrəi:“Vahəsrəta, üzüldü əlim ol nigardən”.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-ey-dil-hezar-sukr-xeber-geldi-yarden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bağdən fəsli-bahar ol güli-rəna getdi,Bağlər düşdü səfadən ki, təmaşa getdi.
Ey rövzeyi-behişt cəmalın nişanəsiEy rövzeyi-behişt cəmalın nişanəsi,Kövsər o ləli-şəhd-misalın nişanəsi.
Xət gəldi rüxi-yarə füzun oldu səvadıXət gəldi rüxi-yarə füzun oldu səvadı,Şəffafdı bu ayeyi-”Vəlleyl” midadı.
Derdim ki, könül zirü zəbər olmasın, olduDerdim ki, könül zirü zəbər olmasın, oldu,Həmvarə gözüm əşklə tər olmasın, oldu.