Ey həmnişin ki, sən mənə qəmxar olmusan,Zənnim budur rəqibi-məni-zar olmusan.

Hər günkü pəndüvə bu nəsihətlər oxşamaz,Qafil, bu damə sən də giriftar olmusan?

Müddətdi bəzmi-qeyr olub ol mah mənzili,Ey asiman, nədən belə bikar olmusan.

Səndən sivayə cövr eləməz yar, ey könül,Netdin ki, sən bu lütfə səzavar olmusan.

Məqtə — şairin təxəllüsü olan son beyt. Bülbül kimi fəğanə gəlib ağla Seyyida,Ol gül yanında böylə ki, sən xar olmusan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar